Azərbaycan Respublikasinda Bələdiyyələrin yaradılması Ümumilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan dövlətinin tarixində və Azərbaycan xalqının yaddaşında əbədi izlər qoymuşdur. Müasir Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi, respublikamızda demokratik, hüquqi dövlət quruculuğunin başlıca problemlərinin həlli məhz onun adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsində əsasını qoyduğu institutlardan biri də bələdiyyələrdir.

    Azərbaycanda bələdiyyə institutunun formalaşdırılması məsələsi ilk dəfə Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Onun rəhbərliyi dövründə bu istiqamətdə 20-dən çox qanun qəbul olunmuş, 300-ə qədər qanunda dəyişikliklər edilmiş, onlarla fərman və sərəncam imzalanmışdır. O cümlədən, Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələlər iş mərkəzi Ulu Öndərin müvafiq sərəncamı ilə 2000-ci ildə yaranmışdır.

    Məlumdur ki, demokratik ölkələrdə yerli işlərin idarə olunması həm mərkəzi hakimiyyətin yerlərdə təyin etdiyi orqanlar və vəzifəli şəxslər tərəfindən, həm də bilavasitə inzibati-ərazi vahidlərinin əhalisinin seçdiyi nümayəndəli orqanlar tərəfindən həyata keçirilə bilər. Belə nümayəndəli orqanlari adətən yerli özünüidarəetmə orqanları və ya bələdiyyələr adlandırırlar.

    Konstitusiyalı quruluşun əsaslarından biri kimi yerli özünüidarəetmə sisteminin formalaşdırılması demokratik, hüquqi dövlət quruculuğu prosesinin tərkib hissəsidir. Heydər Əliyev Azərbaycanda bələdiyyələrin yaradılmasını ilk növbədə dövlət quruculuğu prosesinin tərkib hissəsi, konstitusityalı quruluşun əsaslarından biri hesab edirdi.

    Ulu Öndər hesab edirdi ki, Azərbaycanda bələdiyyələrin formalaşması və inkişafı məsələlərinə dövlət quruculuğu prosesindən kənarda baxıla bilməz. Bələdiyyə institutu dövlətçiliklə üzvi şəkildə bağlıdır və buna görə də onun formalaşması dövlət quruculuğu prosesi ilə sıx əlaqələndirilməli və onun inkişafı məsələlərinə ümumi dövlət quruculuğu prosesinin bir hissəsi kimi baxılmalıdır. Eyni zamada Heydər Əliyev bu institutun beynəlxalq standrtlara, “Yerli özüidarəntmə haqqanda Avropa Xartiysının” prinsiplərinə uyğun qurulmasına çalışırdı. O, Azərbaycanda yerli özünidarəetmə sisteminin yaradılması sahəsində görülən işlərlə bağlı qeyd edirdi ki,“biz bunların hamısını şüurlu edirik. Çünki biz ...öz işimizi Avropa standartlarına yaxınlaşdırmaq istəyirik, hüquqi, demokratik, dünyəvi dövlət qururuq. Bu yol nə qədər çətin olsa da, bizim üçün o qədər də vacibdir, lazımdır”. “Bu bizim Azərbaycanda apardıgımız demokratik proseslərin, demokratik, hüquqi dövlət quruculuğu prosesinin böyük bir mərhələsi olacaq və biz irəliyə doğru böyük bir addım atmış olacağıq. Gələcək üçün isə cox böyük zəmin yaradacagıq”.

    Heydər Əliyev yerli özünüidarəetmə sisteminin yaradılmasını xalq hakimiyyətinin yeni bir forması hesab edirdi. O, qeyd edirdi ki, “bu, bizim ölkəmiz, vətəndaşlarımız üçün böyük hadisədir. Çünki vətəndaşlar ilk dəfə olaraq özləri öz yerli idarəetmə, hakimiyyət orqanlarını seçirlər”.

    Heydər Əliyev Azərbaycanda bələdiyyələrin yaradılması prosesinə ölkədə demokratiyanın inkişaf etdirilməsi istiqamətində atılmış mühüm bir addımı, bələdiyyələrə isə ən geniş demokratiya institutu kimi baxırdı. O, Azərbaycanda yerli özünüidarəetmə sisteminin yaradılmasının əhəmiyyəti və bunun yerli məsələlərin həllinin demok¬ratik prinsipi olmasını dəfələrlə vurğulayırdı. Məsələn, 12 dekabr 1999-cu il tarixdə bələdiyyə seçkiləri ilə əlaqədar xalqa müraciətində deyirdi: “Yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət, dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir. Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda, ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir”.

    Heydər Əliyevin Azərbaycanda yaradılan bələdiyyələrin gələcəyinə inanır və qeyd edirdi ki, “Bu, ilk addımdır, çox lazımlı addımdır. Mən çox məmnunam ki,biz bu addımı atırıq. Ümidvaram ki, bu, bizim ölkəmizə, dövlətimizə və ən əsası - vətəndaşlarımıza fayda gətirəcəkdir”. Mən əminəm ki,biz bu ilkaddımlarımızı sonralar daha da gücləndirəcəyik və Azərbaycanda bələdiyyə sistemi yaranacaq, fəaliyyət göstərəcəkdir, bir demokratik ölkə kimi Azərbaycanın inkişafına öz xidmətlərini verəcəkdir”.

    Bu gün respublikamızda yerli özünüidarəetmə sahəsində Heydər Əliyev ideyalarının tamamilə reallaşdırılmasına yönəlmiş dövlət siyasəti son nəticədə əhalinin, bələdiyyələrin və dövlət hakimiyyətinin qarşılıqlı münasibətlərinin nizamlı sisteminin yaradılmasına yənəlmişdir. Bu sistemin səmərəli fəaliyyəti hər bir bələdiyyənin ərazisində əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılmasına, bələdiyyə qurumlarının müstəqil inkişafına, dövlətin möhkəmlənməsinə və dayanıqlı inkişafını təmin etməyə imkan verir və verəcəkdir.

Siyəzən - 2016